BAYRAQDAR MEDİA – Bursa Uludağ Universitetinin (BUÜ) Mennan Pasinli Atçılıq Peşə Yüksək Məktəbi ilə atçılıq təsərrüfatlarından biri olan Ercan Ekürisi arasında at yetişdirilməsi və təlimini əhatə edən əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, rektorluğun B Salonunda keçirilən imza mərasimi rektor müavini Prof. Dr. İrfan Kırıştıoğlu, Mennan Pasinli Atçılıq MYO-nun direktoru Prof. Dr. Gülşen Goncagül, Ercan Ekürisinin sahibi Şeyda Ercan və akademik heyətin iştirakı ilə reallaşıb: “Tədbirdə universitet–sənaye əməkdaşlığının atçılıq sektorundakı vizioner addımları vurğulanıb. İmzalanan protokola əsasən, BUÜ-nün balansında olan kısrakların Ercan Ekürisinə məxsus safqan ingilis ayğırları ilə ödənişsiz şəkildə cütləşdirilməsi, genetik keyfiyyətin yüksəldilməsi və tələbələrin sahədə praktiki təcrübə qazanması hədəflənir”.





