Press "Enter" to skip to content

Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı

Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramının müzakirəsi

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında qida sektoru üzrə Məşvərət Şurası ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Agentliyin rəsmiləri təqdimatla çıxış ediblər. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, idxal-ixrac, eyni zamanda, elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır”.

Sonra xəbərdə, “bundan başqa innovativ üsulların tətbiqinin genişləndirilməsi, istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətlərindəndir. Müzakirə zamanı Məşvərət Şurasının üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran suallar cavablandırılıb” deyə bildirilir.

Mission News Theme by Compete Themes.