BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu, Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel ilə birlikdə ötən həftə Azərbaycan Respublikasının Qars Baş Konsulu Zamin Əliyevi iş otağında ziyarət edib.
Bu barədə Ardahan Univeristetindən məlumat verilib.
Məlumata görə, görüş zamanı regional akademik inteqrasiya və beynəlmiləlləşmə strategiyaları çərçivəsində həyata keçiriləcək ortaq layihələr müzakirə olunub: “Ziyarət qarşılıqlı xoş niyyət arzuları və xatirə fotosunun çəkilməsi ilə başa çatıb”.
Rektorlar həmçinin Baş Konsulu Zamin Əliyevin iştirakı ilə Qars Bələdiyyə başçısı Prof. Dr. Ötüken Sengeri də iş otağında ziyarət edib: “Görüşdə yerli idarəetmə orqanları ilə ali təhsil müəssisələri arasında dayanıqlı əməkdaşlıq modelləri və regional inkişaf yönümlü layihələr ətrafında fikir mübadiləsi aparılıb. Dövlət – akademiya tərəfdaşlığının bölgənin sosial-mədəni toxumasına verəcəyi akademik töhfələrin əhəmiyyəti vurğulanıb”.





