Press "Enter" to skip to content

BDYPİ-dən yük avtomobillərinin sürücülərinə çağırış

BDYPİ-dən yük avtomobillərinin sürücülərinə çağırış

BAYRAQDAR MEDİA – Yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzalarının artması ciddi narahatlıq doğurur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə qeyd olunur ki, “təsadüfi deyil ki, yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən – sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır”.

Ardınca xəbərdə, “nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır” deyə bildirilir.

Mission News Theme by Compete Themes.