Press "Enter" to skip to content

Erkən nikahın mənfi nəticələrinə dair tədbir

Erkən nikahın mənfi nəticələrinə dair tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində gənclər üçün erkən nikahın mənfi nəticələrinə dair maarifləndirici tədbir təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə 20-dən çox gənc sakin iştirak edib. Tədbir çətin həyat şəraiti ilə qarşılaşan, sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsi, informasiya təminatının yaxşılaşdırılması, eləcə də sosial məsələlər barədə maarifləndirilməsi məqsədi daşıyıb”.

Çıxışlar zamanı erkən nikahın gənclərin fiziki, psixoloji və sosial inkişafına mənfi təsirlərindən danışılıb. Gənclərlə ailə və nikahın mahiyyəti, erkən nikahın bu dəyərlərə təsiri və sağlam ailə münasibətlərinin formalaşdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.