Press "Enter" to skip to content

PAÜ-də TEKNOFEST 2026 Tanıtım Proqramı keçirilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – PAÜ-də TEKNOFEST 2026 Tanıtım Proqramı keçirilib. Pamukkale Üniversitesi TEKNOFEST Koordinasiyası tərəfindən təşkil olunan tədbir T.C. Denizli Valiliyi İl Sənaye və Texnologiya İdarəsi, T3 Vakfı Denizli İl Nümayəndəliyi və PAÜ TEKNOFEST Topluluğunun dəstəyi ilə reallaşıb.

Universitetin məlumatına əsasən, proqram zamanı PAÜ tələbələrinə yarışma mərhələləri, müraciət detalları və iştirak şərtləri barədə geniş məlumat verilib, eyni zamanda akademik və inzibati heyətə də bu proseslər izah olunub.

Denizli Sosial Elmlər Kollecində təşkil olunan tədbir, Pamukkale Universitetinin TEKNOFEST-ə verdiyi institusional önəmi bir daha ortaya qoyub və tələbələrin bu layihələrdə fəal iştirakına şərait yaradıb.

Mission News Theme by Compete Themes.