Press "Enter" to skip to content

Ümumilikdə 5500-dək reabilitasiya vasitəsi verilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 130-dan çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib.

Bu barədə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, statik vertikalizator, əsa, dirsəkaltı və qoltuqaltı ağac, dördayaqlı dayaq vasitəsi, hopdurucu bez və s. olmaqla ümumilikdə 5500-dək reabilitasiya vasitəsi verilib.

Qeyd edilib ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunur.

Mission News Theme by Compete Themes.