BAYRAQDAR MEDİA – “Bakı KOB evi”ndə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı sahibkarların məlumatlandırılması məqsədilə seminar təşkil olunub. Dövlət Vergi Xidməti (DVX), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “SM Consulting” və “Gbaru.com”un birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 50-dək sahibkar iştirak edib.
Bu barədə DVX-nin məlumatında qeyd edilib.
Seminarda KOBİA-nın və DVX-nin nümayəndələri çıxış edərək, sahibkarların maarifləndirilməsi məqsədilə məlumatlandırıcı tədbirlərin davamlı olaraq keçirildiyini diqqətə çatdırıblar: “Bildirilib ki, belə tədbirlər biznes subyektlərinin qanunvericilikdəki yeniliklər barədə operativ məlumat əldə etməsinə və fəaliyyətlərini daha effektiv planlaşdırmasına imkan yaradır. Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı “SM Consulting” şirkəti tərəfindən təqdimat keçirilib, praktiki izahlar verilib və sahibkarların sualları cavablandırılıb”.




