Press "Enter" to skip to content

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Sərnişin qatarı

BAYRAQDAR MEDİA -21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumatda deyilir ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mission News Theme by Compete Themes.