Press "Enter" to skip to content

Sərgi: “Xalq şairi Nəriman Həsənzadə – 95”

Sərgi: “Xalq şairi Nəriman Həsənzadə - 95”

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi, Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, Əməkdar incəsənət xadimi, dramaturq və ictimai xadim Nəriman Həsənzadənin anadan olmasının 95 illiyi münasibətilə “Xalq şairi Nəriman Həsənzadə – 95” adlı kitab sərgisi təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “sərgidə şairin şeirləri, poemaları, pyesləri, elmi, ədəbi-tənqidi əsərləri, müəllifi olduğu dərsliklər, tərcümələri, tərtibçi, ön söz müəllifi, məsləhətçi, rəyçi və redaktoru olduğu kitablar, həmçinin N.Həsənzadənin həyatı, dramaturgiyası, lirikası haqqında dəyərli nəşrlər nümayiş olunur”.

Ardınca xəbərdə, “sərgilənən nəşrlər sırasında “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Atabəylər”, “Seyid Nigari türbəsi”, “Mənim nikahımı pozdu təbiət”, “Seçilmiş əsərləri” (7 cilddə), “Yaşamaq gözəl şeydir, qardaşım”, “Könlüm şeir istəyir”, “Bir az möhlət istəyirəm ömürdən”, “Nabat xalanın çörəyi” və başqaları yer alır” deyə bildirilir.

Sərgi iki həftə davam edəcək.

Mission News Theme by Compete Themes.