Press "Enter" to skip to content

“Balaca pianoçu” dərs vəsaitinin təqdimatı

“Balaca pianoçu” dərs vəsaitinin təqdimatı

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan incəsənət məktəblərinin I–II sinifləri üçün “Balaca pianoçu” adlı dərs vəsaiti çapdan çıxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “fevralın 20-də Azərbaycan Milli Kitabxanasında yeni nəşrin təqdimatı keçirilib. Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov dərs vəsaiti haqqında məlumat verib. Bildirilib ki, fortepiano ixtisası üzrə uzun illər istifadə olunan vəsait 1955-ci ildə çap edilib və müasir pedaqoji tələblərə cavab vermirdi. Kitab milli düşüncə və yeni bəstəkarlıq nümunələri əsasında hazırlanıb. Nəşrin layihə rəhbəri və həmmüəllif, metodist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prof. Könül Hüseynova vəsaitin metodiki quruluşu və məzmunu barədə təqdimatla çıxış edib”.

Sonra xəbərdə, “tədbirdə kitabın həmmüəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, bəstəkarlar – Əməkdar incəsənət xadimi, Prof. Elnara Dadaşova və Əməkdar incəsənət xadimi, Prof. Ceyhun Allahverdiyev, rəyçilər – Əməkdar müəllim, Prof. Nərminə Quliyeva və Əməkdar müəllim, Prof. Nəzakət Rimazi, Milli Kitabxananın direktoru Prof. Kərim Tahirov, metodist, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova çıxış edərək fikirlərini bölüşüblər” deyə qeyd olunur.

Çıxışlarda kitabın əhəmiyyəti vurğulanıb, fortepiano ixtisası üzrə ilk milli dərs vəsaiti kimi yüksək qiymətləndirilib.

Mission News Theme by Compete Themes.