“Kafkas Tebeşir Dairesi” hər cümə Lefkoşa Atatürk Kültür Merkezində
BAYRAQDAR MEDİA – Kıbrıs Türk Devlet Tiyatroları tərəfindən səhnələşdirilən “Kafkas Tebeşir Dairesi” tamaşası hər cümə saat 20:00-da Lefkoşa Atatürk Kültür Merkezində tamaşaçılarla görüşür.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, tamaşanı izləyən Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu beş ay ərzində yeni teatr binasının açılacağını bir daha vurğulayıb: “Dövlət Teatrlarının yaydığı məlumata görə, saat 20:00-da başlayacaq tamaşanın biletlərini gisekibris.com saytından və tamaşa günü giriş qapısından əldə etmək mümkündür. Tamaşanı Fikri Ataoğlu ilə yanaşı, Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklı, Mülki Müdafiə Təşkilatının rəhbəri Hakan Balaban və idarə müdirləri izləyiblər. Tamaşadan sonra Fikri Ataoğlu aktyorları təbrik edib, yeni teatr binasının beş ay ərzində istifadəyə veriləcəyini yenidən qeyd edib və sənətçilərlə xatirə fotosu çəkdirib”.







