Press "Enter" to skip to content

Ağdərəyə növbəti köç karvanları

Ağdərəyə növbəti köç karvanı 

BAYRAQDAR MEDİA – Fevralın 23-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bu mərhələdə köçürülən Ağdərə rayonunun Çıldıran kəndinə 46 nəfərdən ibarət 10 ailəyə, Aşağı Oratağ kəndinə 141 nəfərdən ibarət 29 ailəyə, Heyvalı kəndinə 84 nəfərdən ibarət 17 ailəyə, Çapar kəndinə isə 22 nəfərdən ibarət 7 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, sözügedən Komitənin nümayəndələri iştirak ediblər”.

Mission News Theme by Compete Themes.