BAYRAQDAR MEDİA – Fevralın 20-dən 22-dək Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.
Xəbərdə bildirilir ki, “55-ci dəfə təşkil edilən yarışda sərbəst güləş üzrə milli komandanın üzvü Abubakr Abakarov (92 kq) uğurlu çıxış edib. Bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5”.





