Press "Enter" to skip to content

KTM-də irsi sferositozlu uşaq üzərində uğurlu kompleks əməliyyat

KTM-də irsi sferositozlu uşaq üzərində uğurlu kompleks əməliyyat

BAYRAQDAR MEDİA – Fevralın 12-də 2014-cü il təvəllüdlü şəxs (kişi) qarında intensiv ağrı, ümumi halsızlıq, zəiflik və fiziki aktivliyin məhdudlaşması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “aparılan klinik, laborator və radioloji müayinələr nəticəsində pasiyentə İrsi sferositoz (Minkovski–Şoffar anemiyası) və kalkulyoz xolesistit (öd kisəsinin daşlı iltihabı) diaqnozları təyin olunub. Mövcud vəziyyət nəzərə alınaraq cərrahi müdaxiləyə qərar verilib”.

Ardınca xəbərdə, “KTM-in Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, uşaq cərrahı Nigar Babayeva və rezident Elnarə Qurbanovanın iştirakı ilə pasiyent üzərində laparotomiya, splenektomiya, xolesistektomiya, qarın boşluğunun sanasiyası və drenajı əməliyyatı uğurla icra olunub. Əməliyyat zamanı öd kisəsi daxili daşlarla birlikdə rezeksiyaya olunub, qarın boşluğu patoloji möhtəviyyatdan təmizlənib və postoperativ nəzarətin təmin olunması məqsədilə drenajlar yerləşdi” deyə bildirilir.

Mission News Theme by Compete Themes.