Press "Enter" to skip to content

Müavinətlər üzrə 16 faiz, Prezident təqaüdləri üzrə 18 faiz çox vəsait ödənilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında dövlət büdcəsi hesabına 892 min şəxsə 175 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, onlardan 485 min nəfərə müavinət olaraq 107 milyon manat, 407 min nəfərə isə Prezidentin təqaüdü olaraq 68 milyon manat ödəniş həyata keçirilib: “2025-ci ilin müvafiq dövrünə nisbətən son bir ayda Fond tərəfindən müavinətlər üzrə ödənilən vəsait 16 faiz, Prezident təqaüdləri üzrə ödənilən vəsait isə 18 faiz çox olub. Yanvar ayında daha 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 895 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

Mission News Theme by Compete Themes.