BAYRAQDAR MEDİA – Ardahanın Göle rayonunda Ramazan ayı ərəfəsində pidenin qiymətinə artım edilib. Əvvəllər 30 TL-yə satılan 320 qramlıq pide yeni tənzimləməyə əsasən 40 TL-yə qaldırılıb, çəkisi isə 420 qrama çatdırılıb. Lakin qiymət artımı sakinlərin narazılığına səbəb olub.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Məlumata əsasən, çörəkçilər un, maya, elektrik enerjisi və əməkhaqqı xərclərinin artmasını əsas gətirərək qiymət yenilənməsinin qaçılmaz olduğunu bildiriblər: “Vətəndaşlar isə 10 TL-lik artımın ailə büdcəsinə ciddi təsir etdiyini qeyd ediblər. Xüsusilə çoxuşaqlı ailələr hər gün alınan pidenin aylıq xərclərə ciddi yük gətirdiyini vurğulayıblar. Yeni tarifəyə əsasən 420 qramlıq Ramazan pidesi 40 TL-dən satışa çıxarılıb. Bəzi sakinlər isə çəki artımının qiymət fərqini kompensasiya etmədiyini iddia edirlər. Qiymət artımından sonra rayonda sosial şəbəkələrdə də çoxsaylı müzakirələr aparılıb”.





