Press "Enter" to skip to content

Sumqayıt Teatrında “Gəlinlərin savaşı”

Sumqayıt Teatrında “Gəlinlərin savaşı”

BAYRAQDAR MEDİA – 1–5 mart tarixlərində Sumqayıt Dövlət Dram Teatrı görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış yeni komediya tamaşası “Gəlinlərin savaşı”nın premyerasını teatrsevərlərə təqdim edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları isə Ümüd AbbaszadəLəman Məmmədlidir. Quruluşçu rəssamı, Osman Salmanov, musiqi tərtibatını sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev hazırlayıb, rejissor assistenti isə Fazilə Rzayevadır. Səhnə əsəri ailə münasibətlərini yumor prizmasından təqdim edir: üç ərköyün gəlinlə sülhsevər qayınana arasında baş verən gərgin, lakin əyləncəli qarşıdurmalar tamaşaçılara həm güldürəcək, həm də düşündürəcək. Müdrik qayınana zəka və təmkinlə vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir. Tamaşa ailədaxili münasibətləri komediya janrında təqdim edərək həm əyləncəli, həm də düşündürücü səhnə həlli vəd edir”.

Qeyd edək ki, tamaşada əməkdar artistlər Fəranə Musayevaİlahə Səfərova, eləcə də Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil HəmidovŞəhriyar Aşkəri çıxış edirlər.

Mission News Theme by Compete Themes.