Qatara gediş kartının balansını rəqəmsal artırmaq mümkündür
BAYRAQDAR MEDİA – Dəmir yolu qatarlarına gediş kartının balansını rəqəmsal artırmaq mümkün olub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumatda bildirilir ki, ADY-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkündür.
Bunun üçün saytda “Fiziki kartın balansının artırılması” bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd edilməlidir.





