Son yeniləmə: 28 Fevral 2026
BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Bildirilib ki, 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq: “Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür”.





