Press "Enter" to skip to content

Eskişehirdə “Xalq məktəbi” layihəsi

Eskisehir

Son yeniləmə: 26 Fevral 2026

BAYRAQDAR MEDİA – Eskişehir Büyükşehir Belediyesi təhsildə imkan bərabərliyini gücləndirmək məqsədilə “Eskişehir Xalq məktəbi” layihəsini həyata keçirir. “2026 Eskişehir İli” çərçivəsində yaradılan rəqəmsal öyrənmə platforması 2 mart tarixindən istifadəyə veriləcək. Platforma hər yaşdan vətəndaşın təhsilə çıxışını asanlaşdırmağı hədəfləyir.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumata görə, lisey və universitet imtahanlarına hazırlaşan şagirdlər üçün kurslar tamamilə ödənişsiz olacaq: “Böyüklər üçün isə süni intellekt, data elmi, şəxsi inkişaf və digər sahələr üzrə təlimlər simvolik ödənişlə təqdim ediləcək. Layihə barədə açıqlama verən Ayşe Ünlüce bildirib ki, bilik hər kəsin haqqıdır. Platformada LGS və YKS hazırlıq kursları, rəqəmsal dizayn və hobbi yönümlü dərslər də yer alacaq. Qeydiyyat eskisehirhalkokulu.com saytı üzərindən aparılacaq”.

Mission News Theme by Compete Themes.