Son yeniləmə: 26 Fevral 2026
BAYRAQDAR MEDİA – Pamukkale Üniversitesinin Sağlamlıq, Mədəniyyət və İdman İdarəsi nəzdində fəaliyyət göstərən altı tələbə birliyinin birgə təşkil etdiyi “Həyata dəyər qatmaq” adlı söhbətin qonağı təhsilçi-yazar Ahmet Şerif İzgören olub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, “Gələcəyə Yön Verənlər: Uşaq və Gənclər Birliyi”, Sosial Elmlər Birliyi (SOBİT), Kale Peşə Yüksek Məktəbinin Sosial və Mədəni Tədbirlər Birliyi, Mavi Kəpənək Uşaq Hüquqları Birliyi, İnşaat Birliyi, Təhsilçilər və Uşaq Birliyinin əməkdaşlığı ilə təşkil olunan tədbir Prof. Dr. Hüseyn Yılmaz Konqres və Mədəniyyət Mərkəzində reallaşıb.
“Hayata dəyər qatmaq” adlı söhbətdə qonaq şəxsi inkişaf, ictimai tərəqqi, sistem qurmağın əhəmiyyəti və fərdi uğurun cəmiyyətə töhfəsi kimi mövzulara toxunub: “Ahmet Şerif İzgören çıxışını sistem quruculuğu və davamlılıq, kənd məktəbləri və kənd yerlərinin inkişafı, “bizdə olmaz” düşüncəsi ilə mübarizə, fərdi dəyər yaratma və sosial məsuliyyət, iş keyfiyyəti və peşəkarlıq, məqsəd müəyyənləşdirmə və ehtiras istiqamətlərində qurub”
Söhbətin sonunda günün xatirəsinə Ahmet Şerif İzgörenə hədiyyəni Pamukkale Üniversitesinin baş katibi Fatih Işık təqdim edib. Kollektiv foto çəkilişindən sonra tədbir başa çatıb.





