Son yeniləmə: 26 Fevral 2026
BAYRAQDAR MEDİA – Araşdırmaçı alım Deniz Öner Çernobil qəzasının Türkiyəyə təsirləri barədə açıqlama verib.
Bu barədə yalovagazetesi.com saytı bildirib.
Qeyd edilib ki, 26 aprel 1986-cı ildə Ukraynada baş verən Çernobil nüvə qəzası insanlıq tarixinin ən böyük fəlakətlərindən biri hesab olunur: “Hadisə sonradan Chernobyl serialı ilə yenidən gündəmə gəlib. Dr. Deniz Öner bildirib ki, Türkiyədə 1990-cı illərdən etibarən xərçəng hallarında artım müşahidə edilsə də, bu artım yalnız Çernobillə əlaqələndirilə bilməz. Onun sözlərinə görə, dünya üzrə oxşar artım qeydə alınıb və bunun səbəbləri diaqnostika üsullarının inkişafı, qeydiyyat sistemlərinin təkmilləşməsi və həyat müddətinin uzanmasıdır”.
Qeyd olunur ki, Çernobil sonrası Qaradəniz bölgəsində əlavə radiasiya dozası təxminən 0.5–0.6 mSv olub ki, bu da təbii radiasiya səviyyəsinə yaxın göstəricidir. Aparılan epidemioloji tədqiqatlar Türkiyədə kütləvi xərçəng partlayışını təsdiqləməyib.





