BAYRAQDAR MEDİA – Fırat Üniversitesində “TEKNOFEST 2026 yarışmaları məlumatlandırma və TEKNOFEST 2025 mükafatlandırma mərasimi” proqramı keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilir ki, universitetin Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə 2026-cı il yarışları barədə məlumat verilib, 2025-ci ildə vilayət üzrə mükafat qazanan komandalar isə təltif olunublar: “Tədbirdə rektor Prof. Dr. Fahrettin Göktaş, rektor müavini Prof. Dr. Mehmet Yılmaz, müəllim heyəti və çoxsaylı tələbələr iştirak ediblər. Çıxış edən rektor Prof. Dr. Göktaş bildirib ki, TEKNOFEST yalnız yarış deyil, gənclərin xəyal qurmasını, istehsal etməsini və Türkiyənin texnoloji müstəqilliyinə töhfə verməsini təşviq edən böyük vizyon hərəkatıdır”.
Çıxışlarda universitet rəhbərliyinin bu cür təşəbbüslərə dəstəyi davam etdirəcəyi vurğulanıb. Sonda mükafata layiq görülən komandalara təşəkkür sənədləri və hədiyyələr təqdim olunub.









