BAYRAQDAR MEDİA – Martın 4-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başlayacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə bildirilir ki, “8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadə turnirdə Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək”.
“Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.





