BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Məlumata görə, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək: “Biletləri dəmiryol kassalarından, saytımızdan və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”.





