Press "Enter" to skip to content

DSMF sədri Bakıda növbəti vətəndaş qəbulu keçirib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə DSMF-nin məlumatında qeyd edilib.

Məlumata görə, DSMF sədrinin qəbulu bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində olub. Qəbulda Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşlar iştirak ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən pensiya və ünvanlı dövlət sosial yardımı ilə bağlı olub.

Müraciətlərin hər biri dinlənilib və qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.

Mission News Theme by Compete Themes.