Press "Enter" to skip to content

ETSN-in yanında İctimai Şuraya seçkilər yekunlaşıb

ETSN-in yanında İctimai Şuraya seçkilər yekunlaşıb

BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuraya seçkilər keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Nazirlik yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticələrinə əsasən, namizədliyini irəli sürmüş 16 nəfərdən 11-i səs çoxluğu qazanaraq İctimai Şuraya üzv seçilib”.

Seçkilərin yekun nəticələrinə əsasən, İctimai Şura bu tərkibdə formalaşıb:

1. Amin Məmmədov – “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi
2. Elman Yusifov – “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi
3. Elşad Əsgərov – “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi
4. Firuzə Sultan-zadə – “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi
5. İmran Əbdülov – “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi
6. Müqabil Bayramov – “Azərbaycan Kartoqrafları” İctimai Birliyi
7. Tükəzban Ağababayeva – “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi
8. Ülvi Məmmədov – IDEA İctimai Birliyi
9. Yusif Abiyev – “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi
10. Yusif Poladov – “Qırmızı Ürəklər” Fondu
11. Zurab İsrafilov – “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi.

Mission News Theme by Compete Themes.