Press "Enter" to skip to content

Fevralda daxil olan müraciətlərin sayı

BAYRAQDAR MEDİA – Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 9 347 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5 550 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 549 müraciət daxil olub: “BŞTİ-yə 2 002 sənəd (vətəndaşlar tərəfindən 406 ərizə, Elm və Təhsil Nazirliyindən 364, digər qurumlardan 398, tabelikdə olan təhsil müəssisələrindən 578 məktub və 256 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 246 elektron müraciətə baxılıb”.

Məlumatda deyilir ki, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Mission News Theme by Compete Themes.