Press "Enter" to skip to content

Musiqi, mif və kosmologiya mövzusunda konfrans

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Erciyes Üniversitetinin Gözəl Sənətlər fakültəsi tərəfindən “Mitikmüzikologiya və kosmologiya kontekstində musiqi, mif və məna” mövzusunda konfrans təşkil olunub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, tədbirdə çıxış edən Prof. Dr. Feyzan Göher bildirib ki, musiqi, mif və inanc sistemləri insanlığın yaranışından etibarən bir-biri ilə sıx bağlı şəkildə inkişaf edib. Onun sözlərinə görə, miflər keçmiş cəmiyyətlərin dünyanı və kainatı anlama cəhdinin məhsuludur və bu gün belə mədəni yaddaşda mühüm yer tutur.

Prof. Dr. Feyzan Göher türk dünyasından nümunələr gətirərək Tuva və monqol mədəniyyətində at başlı musiqi alətlərinin mifoloji köklərindən danışıb və bu alətlərin yalnız musiqi vasitəsi deyil, eyni zamanda mifoloji varlığın təmsilçisi olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.