Press "Enter" to skip to content

Narkomaniya ilə mübarizəyə aid növbəti görüş

Narkomaniya ilə mübarizəyə aid növbəti görüş

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən məktəblərdə keçirilən maarifləndirici görüşlər davam etdirilir. “Narkotik və psixotrop maddələrin zərərləri” mövzusuna həsr edilən budəfəki tədbir Saatlı rayonu Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbində təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüşdə Agentliyin əməkdaşları, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin nümayəndələri və məktəbin 8-11-ci sinif şagirdləri iştirak ediblər. Tədbir iştirakçılarına SXA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, narkotik maddələrin zərərləri haqqında danışılıb. Eyni zamanda, yeniyetmələrin zərərli vərdişlərdən qorunma yolları, təhlükəli hallarla qarşılaşdıqları təqdirdə necə davranmalı olduqları və aidiyyəti qurumlara müraciət qaydaları izah edilib”.

Görüş müzakirələrlə davam edib və sonda iştirakçıların sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.