Press "Enter" to skip to content

Vilayət Eyvazovun Yevlaxda vətəndəş qəbulu və sıra baxışı

Vilayət Eyvazovun Yevlaxda vətəndəş qəbulu və sıra baxışı

BAYRAQDAR MEDİA – Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 6-da Yevlax rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı martın 5-dək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər”.

Bildirək ki, polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 6-da 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Mission News Theme by Compete Themes.