Press "Enter" to skip to content

Donuzlar şəhərə endi

Qar örtüyü ilə örtülmüş ərazidən qəfil yola çıxan vəhşi donuz sürüsü avtomobilləri gördükdə qısa müddətli çaşqınlıq yaşayıb

BAYRAQDAR MEDİA – Ardahan və ətraf bölgələrdə qarın qalınlığının artması ilə təbiətdə qida tapmaqda çətinlik çəkən vəhşi heyvanlar yaşayış məntəqələrinə və avtomobil yollarına yaxınlaşmağa başlayıblar. Ardahanın Göle rayonu ilə Qars arasındakı magistral yolda hərəkətdə olan sürücülər gözlənilməz mənzərə ilə qarşılaşıblar.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, qar örtüyü ilə örtülmüş ərazidən qəfil yola çıxan vəhşi donuz sürüsü avtomobilləri gördükdə qısa müddətli çaşqınlıq yaşayıb: “Hadisə ətrafdakı vətəndaşlardan birinin mobil telefon kamerası ilə qeydə alınıb. Görüntülərdə donuzların bir müddət yol boyunca avtomobillərlə yanaşı qaçdığı, daha sonra isə meşəlik əraziyə keçərək gözdən itdiyi görünür. Yerli sakinlər güclü qar yağışından sonra belə hadisələrin daha tez-tez baş verdiyini bildirirlər”.

Mütəxəssislər isə sürücülərə xüsusilə gecə saatlarında meşəlik ərazilərdən keçərkən diqqətli olmağı tövsiyə edir və vəhşi heyvanların qəfil yola çıxa biləcəyini xatırladırlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.