BAYRAQDAR MEDİA – Türkiyənin Diyanət İşləri Başqanlığının Din İşləri Yüksək Şurasının kameri ay hesablamalarına görə, 2030-cu ildə Ramazan ayı ilk dəfə 5 yanvar tarixində başlayacaq və 30 gün davam edəcək. Həmin ilin sonunda isə Ramazan ayı yenidən – 26 dekabr tarixində başlayacaq. Beləliklə, ilin son günlərində tutulan orucun ilk 6 günü 2030-cu ilə təsadüf edəcək, qalan günlər isə 2031-ci ildə tamamlanacaq. Bu səbəbdən müsəlmanlar 2030-cu ildə ilin əvvəlində 30 gün, ilin sonunda isə əlavə 6 gün olmaqla ümumilikdə 36 gün Ramazan orucu tutmuş olacaqlar.
Bu barədə erzurumajans.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, mütəxəssislər bunun hicri və miladi təqvimlər arasındakı fərqdən qaynaqlandığını bildirirlər: “Astronom Hümeyra Nur İşlək qeyd edib ki, hicri təqvim hər il miladi təqvimdən təxminən 10–11 gün əvvəl gəldiyi üçün Ramazan ayı zamanla ilin müxtəlif dövrlərinə düşür. Onun sözlərinə görə, Ramazan ayının eyni miladi ildə iki dəfə başlaması nadir, lakin məlum bir dövri hadisədir və təxminən hər 32 – 33 ildən bir baş verir”.






İlk şərhi yaza bilərsiniz