BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və digər müvafiq xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 34 milyon 926,2 min manat olub.
Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd eidlib.
Məlumata görə, 2026-cı ilin yanvar-fevral aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 1.368,4 min manat təşkil edib.




İlk şərhi yaza bilərsiniz