Press "Enter" to skip to content

Ankaradan Tehrana xəbərdarlıq

Recep Tayyip Erdoğan

Recep Tayyip Erdoğan: İranın başda can Azərbaycan və Körfəz ölkələri olmaqla qardaş ölkələri hədəf alan hücumlarını qəti şəkildə qəbul etmədiyimizi açıq şəkildə ifadə etdik

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi son günlər İrandan istər Türkiyə, istərsə də Azərbaycanı hədəfə alan hücumlar olub. Bu isə haqlı etiraza qarşılanıb. Öz növbəsində Türkiyə Cümhirbaşqanı Recep Tayyip Erdoğan bununla qağlı İrana xəbərdarləq edib.

Bu barədə milliyet.com.tr saytı məlumat yayıb.

Məlumata görə, martın 9-da Ankarada keçirilən iftar proqramındakı çıxışında Recep Tayyip Erdoğan “Eyni zamanda İranın başda Can Azərbaycanı və Körfəz ölkələri olmaqla qardaş ölkələri hədəf alan hücumlarını qəti şəkildə qəbul etmədiyimizi, bunun yanlış olduğunu, ortaq acıları böyütməkdən və qardaş xalqlar arasında düşmənçilik toxumları səpməkdən başqa heç nəyə xidmət etməyəcəyini də açıq şəkildə ifadə etdik” deyib.

Türkiyənin dövlət başçısı həmçinin İrandan Türkiyəyə edilən edilən hücumun da qəbuledilməz olduğunu bəyan edib: “Keçən həftə və bu gün ölkəmizə doğru yönələn ballistik vasitələr vaxtında zərərsizləşdirilmiş, lazımi xəbərdarlıqlar İran tərəfinə çox açıq və qəti şəkildə çatdırılmışdır. Eyni zamanda bu prosesdə gərginliyin azaldılması, axan qanın dayandırılması və dialoq qapısının açılması üçün intensiv səylər göstərdik. Prinsipial və diplomatiyanı önə çəkən mövqeyimizi hələ də qoruyuruq. Qarşımızdakı mənzərə nə qədər ümid qırıcı olsa da, biz ümidsiz deyilik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.