Press "Enter" to skip to content

Əməkdar artist: Teatr mənə hava, su kimi lazımdır

Əməkdar artist İlham Əsədov

BAYRAQDAR MEDİA – Martın 10-u Azərbaycanda Milli Teatr Günüdür.

BAYRAQDAR MEDİA olaraq bu münasibətlə Əməkdar artist İlham Əsədovdan teatrla bağlı düşüncələrini öyrəndik.

İ.Əsədov vurğulayıb ki, teatr onun ikinci evidir: “Teatr mənə hava kimi, su kimi lazımlı bir varlıqdır. Mən teatra gəlməmişdən əvvəl, yəni uşaqlıqda çox utancaq, özünə qapanan bir insan olmuşam. Amma teatra gələndən sonra teatr mənə insanları sevməyi, insanlarla danışmağı, onlarla təmasda olmağı öyrətdi, yaşamağı öyrətdi. Dünyanın bir neçə teatrları ilə mənim dostluğum var və bütün bu tanışlıqlar, dostluqlar hamısı teatrla bağlıdır, teatrdan yarandı”.

Əməkdar artist teatra gəlməsinə görə valideynlərinə minnətdar olduğunu dilə gətirib: “Mən valideynlərimə Allahdan rəhmət diləyirəm ki, nə yaxşı onlar məni zamanında teatr dərnəklərinə gətirdilər, mənə teatrı sevdirdilər və mən teatrda çalışıram. Yenidən dünyaya gəlmiş olsaydım yenə də heçnəyi fikirləşmədən incəsənəti, yəni teatrı mütləq seçərdim. Teatr mənim həyatımda o qədər böyük rollar oynayıb ki… Allahıma çox təşəkkür edirəm ki, nə yaxşı mən teatrda çalışıram. Yaşasın, var olsun teatr! Bütün tamaşaçıları tamaşalarımızda gözləyirik. Mən hələ bu günə qədər boş tamaşaçı zalı görməmişəm. Gəlsinlər, sevsinlər, biz də onları sevirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.