BAYRAQDAR MEDİA – Martın 10-u Azərbaycan xalqı milli-mənəvi dəyərləri özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Yel çərşənbəsini qeyd edir. Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir. Bu da sonda acı nəticələrə gətirib çıxarır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “ötən çərşənbə axşamı tonqalla bağlı Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırıb. Belə ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı; tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı; tonqal üzərindən atılarkən ehtiyatlı olmalı; tonqal tam sönənədək nəzarətdə saxlanılmalı; süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Pirotexniki vasitələrdən istifadə qadağandır”.






İlk şərhi yaza bilərsiniz