Press "Enter" to skip to content

Hazırlıq işləri görülür

Qatar

Bayramla əlaqədar əlavə reyslər təyin oluncaq və qatarlara əlavə vaqonlar qoşulacaq

BAYRAQDAR MEDİA – Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ramazan bayramı dövründə şəhərlərarası səfərlərə tələbatın xeyli artdığını bildirib. Nazir qeyd edib ki, sərnişin axınının artması nəzərə alınaraq sürətli qatarlar və digər dəmir yolu xətlərində əlavə planlaşdırma aparılıb.

Bu barədə erzurumajans.com saytı mılumat yayıb.

Məlumata görə, nazir deyib ki, yüksək sürətli qatarların (YHT) Ankara–İstanbul–Ankara marşrutu üzrə 19, 22 və 23 mart tarixlərində əlavə reyslər təşkil olunacaq: “Bu əlavə səfərlər sayəsində təxminən 2898 sərnişin daha rahat şəkildə səyahət edə biləcək. Ankara–İstanbul xətti üzrə ümumilikdə 6 əlavə sürətli qatar reysi həyata keçiriləcək. Bundan başqa, bəzi əsas və regional qatar xətlərinə əlavə vaqonlar qoşulacaq. 19–23 mart tarixləri arasında qatarlara 100 əlavə vaqon əlavə edilərək təxminən 6 min əlavə oturacaq yaradılacaq”.

Nazir bildirib ki, bayram günlərində vətəndaşların sevdiklərinə təhlükəsiz və rahat şəkildə çata bilməsi üçün bütün hazırlıq işləri görülüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.