BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar-fevral ayları ərzində 7 857 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilir ki, onların 60,72 faizini kişilər, 39,28 faizini isə qadınlar təşkil edib.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində 39 min 500 nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 67,5 faizini kişilər, 32,5 faizini isə qadınlar təşkil edib.






İlk şərhi yaza bilərsiniz