BAYRAQDAT MEDİA – “Türkiyənin ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik”.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ərazisinə qarşı martın 9-da edilən raket hücumu ilə bağlı bəyanatında bildirilib.
Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bəyanatda deyilir: “Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir. Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”.






İlk şərhi yaza bilərsiniz