Press "Enter" to skip to content

Nazir Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub

Nazir Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xızı və Abşeron rayonlarında fəaliyyət göstərən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “əvvəlcə Xızı rayonunda yerləşən süfrə yumurtaları və ətlik quş əti istehsalı istiqamətində ixtisaslaşan “Giləzi-quşçuluq şirkəti” MMC və “Yaşma Quşçuluq” MMC-yə baş çəkən nazirə müəssisələrdə görülən işlər barədə məlumat verilib, quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib”.

Ardınca xəbərdə, “daha sonra nazir Abşeron rayonu Zirə qəsəbəsində damazlıq yumurta istehsalı ilə məşğul olan “Xəmsə M” MMC quşçuluq müəssisəsinin və inkubator sexinin fəaliyyəti ilə tanış olub. Nazirə müəssisənin mövcud vəziyyəti, quşçuluq təsərrüfatlarında dayanıqlı istehsalın təmin edilməsi, məhsuldarlığın artırılması, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar barədə məlumat verilib” deyə qeyd edilir.

Görüşlərdə quşçuluqda istehsalın və ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, istehsalda yeni texnika və müasir texnologiyaların tətbiq edilməsi, quşçuluqda düzgün yem norması və yemləmə standartlarının müəyyən edilməsinin məhsuldarlığa və xəstəliklərə davamlılığa göstərdiyi təsir, kəsim və emal proseslərində beynəlxalq tələblərə uyğunluğun vacibliyi, bu sahədə kadr potensialının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.