Press "Enter" to skip to content

Nikos Hristodulidisin hədsiz açıqlamasına sərt cavab

KKTC XIN

KKTC XİN: Rum tərəfinin Kıbrıs türk xalqına qarşı həyata keçirdiyi zülm nəticəsində yaşanan acılar Kıbrıs türk xalqının yaddaşında bu gün də qalmaqdadır

BAYRAQDAR MEDİA – “Güney Kıbrıs Rum Administrasiyasının lideri Nikos Hristodulidisin Anavatan Türkiyənin Kuzey Kıbrıs Türk Cümhuriyyətinə yerləşdirdiyi F-16 qırıcıları ilə bağlı açıqlamasını və “Türkiyə Cümhuriyyətinin Kıbrısda işğalçı güc olduğu” iddiasını qətiyyətlə pisləyirik”.
Bu fikirlər KKTC Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

Kıbrıs türkünün təhlükəsizliyinin artırılması məqsədilə 6 ədəd F-16 döyüş təyyarəsini və hava hücumundan müdafiə sistemlərini KKTC-yə yerləşdirməsini böyük məmnuniyyətlə qarşılayırıq

KKTC-nin Azərbaycandakı nümayəndəliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bəyantda daha sonra deyilir: “1963–1974-cü illər arasında Kıbrıs adasını qan gölünə çevirən rum tərəfinin Kıbrıs türk xalqına qarşı həyata keçirdiyi zülm nəticəsində yaşanan acılar Kıbrıs türk xalqının yaddaşında bu gün də qalmaqdadır. Adada tökülən qanı dayandıran Türk Silahlı Qüvvələrinin 1974-cü ildə həyata keçirdiyi Kıbrıs Barış Hərəkatı bu gün də bölgədə sülh və sabitliyin yeganə təminatıdır. Anavatan Türkiyənin bölgəmizdə baş verən son hadisələr fonunda və Güney Kıbrıs Rum Administrasiyasının birtərəfli hərbi əməkdaşlıq addımları nəticəsində adamızı yenidən təhlükəyə atması qarşısında Kıbrıs türkünün təhlükəsizliyinin artırılması məqsədilə 6 ədəd F-16 döyüş təyyarəsini və hava hücumundan müdafiə sistemlərini KKTC-yə yerləşdirməsini böyük məmnuniyyətlə qarşılayırıq”.

Kıbrıs türk xalqının təhlükəsizliyi keçmişdə olduğu kimi bu gün də Anavatan Türkiyə tərəfindən təmin olunur

Bəyanatda qeyd edilib ki, Kıbrıs türk xalqının təhlükəsizliyi keçmişdə olduğu kimi bu gün də Anavatan Türkiyə tərəfindən təmin olunur. Türkiyənin qarantorluğu və adadakı hərbi mövcudluğu təhlükəsizlik, sülh və sabitliyin təminatıdır. Türkiyənin effektiv və faktiki qarantiyası, türk əsgərinin sahədəki çəkindirici varlığı Kıbrıs türk xalqı üçün əvəzolunmaz həyati amildir. Hər zaman yanımızda duran, gücü gücümüz olan Anavatan Türkiyə Cümhuriyyətinə minnətdarlığımızı bildiririk”.

Güney Kıbrıs Rum Administrasiyasının silahlanma fəaliyyətlərinin xüsusilə Hristodulidisin rum rəhbərliyinə gəlməsindən sonra sürətlə artdığı açıq-aydındır

Bəyanatda qeyd edilir ki, Güney Kıbrıs Rum Administrasiyasının silahlanma fəaliyyətlərinin xüsusilə Hristodulidisin rum rəhbərliyinə gəlməsindən sonra sürətlə artdığı açıq-aydındır. Hristodulidis rəhbərliyi vəzifəyə başladığı gündən etibarən hərbi texnika və silahlanma məqsədilə milyardlarla avro vəsait xərcləmiş və müxtəlif üçüncü ölkələrlə hərbi əməkdaşlıqlar inkişaf etdirmişdir. Adanı ABŞ, İsrail və Fransa kimi ölkələrin hərbi istifadəsinə birtərəfli şəkildə açaraq artıq müəyyən güclərin maraqları istiqamətində bəzi münaqişələrdə tərəf olan hərbi baza halına gətirmiş Güney Kıbrıs Rum Administrasiyası, indi isə ABŞ və İsrailin İrana qarşı başladığı hücumları bəhanə edərək adamızda və ətrafında bir çox ölkənin hərbi qüvvələrinin yerləşdirilməsinə imkan yaratmışdır. Güney Kıbrıs Rum Administrasiyasının həyata keçirdiyi intensiv silahlanma fəaliyyəti və daxil olduğu hərbi əməkdaşlıqlar bölgədəki həssas tarazlığı dəyişdirmək təhlükəsi daşıyır və adamızın Doğu Akdenizdə təhlükəsizlik baxımından hədəfə çevrilməsinə səbəb olur”.

Bölgədə baş verən son hadisələr suveren bərabərliyə əsaslanan iki dövlətli siyasətimizin nə qədər haqlı və real olduğunu açıq şəkildə göstərməkdədir

“Bu şəraitdə bölgədə sülh və sabitliyin qorunmasına yönəlmiş qətiyyətli mövqeyimizi davam etdirərkən, Kıbrıs türk xalqının təhlükəsizliyini təhdid edən hər cür inkişafı diqqətlə izləyəcəyimizi və KKTC xalqının təhlükəsizliyi üçün lazım olan bütün addımları Anavatan Türkiyə Cümhuriyyəti ilə birlikdə atmaqdan çəkinməyəcəyimizi vurğulamaq istəyirik. Hər zaman qeyd etdiyimiz kimi, bölgədə baş verən son hadisələr suveren bərabərliyə əsaslanan iki dövlətli siyasətimizin nə qədər haqlı və real olduğunu açıq şəkildə göstərməkdədir” deyə bəyanatda vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.