Press "Enter" to skip to content

Ardahan valisi universitetdə olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Ardahan valisi Mehmet Fatih Çiçekli Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlunu rektorluq binasında ziyarət edib. Bu görüş qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində həyata keçirilən cavab ziyarəti kimi qiymətləndirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, rektorun kabinetində keçirilən görüş zamanı universitetin regionun inkişafına yönəlmiş layihələri müzakirə olunub: “Həmçinin ali təhsil müəssisəsinin gələcək inkişaf strategiyası və şəhərə verdiyi akademik töhfələr barədə fikir mübadiləsi aparılıb. Rektor Öztürk Emiroğlu göstərilən diqqət və nəzakətli ziyarətə görə valiyə təşəkkürünü bildirib”.

Görüş zamanı universitetlə yerli idarəetmə strukturları arasında əməkdaşlığın əhəmiyyəti də vurğulanıb. Sonda tərəflər qarşılıqlı xoş niyyət və uğur arzuları ilə görüşü yekunlaşdırıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.