Press "Enter" to skip to content

Baş nazir Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

Baş nazir Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

BAYRAQDAR MEDİA – Baş nazir Əli Əsədov martın 11-də Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Azərbaycanda su idman növlərinin, xüsusilə avarçəkmənin inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib. Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb”.

Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.