Press "Enter" to skip to content

Ekran asılılığı ilə mübarizə məsələsi müzakirə edilib

Osman Özgür ibtidai məktəbində şagirdlərlə görüş

BAYRAQDAR MEDİA – Türkiyənin Pamukkale Universitetinin (PAÜ) nümayəndələri Denizlidə yerləşən Osman Özgür ibtidai məktəbində şagirdlərlə görüş keçiriblər. Tədbirdə universitetin elm kommunikasiyası koordinatoru dosent Bahar Türk, Asılılıq və Travma Araşdırmaları Laboratoriyasının koordinatoru Zeynəb Erdoğan, məktəbin rəhbərliyi və Yeşilay təşkilatının nümayəndələri iştirak ediblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, görüşdə əsas mövzu uşaqlar arasında ekran asılılığı ilə mübarizə və texnologiyadan təhlükəsiz istifadə olub: “Tədbir Zeynəb Erdoğanın “Edie” adlı sevimli top vasitəsilə keçirdiyi interaktiv və əyləncəli fəaliyyətlə başlayıb. Şagirdlərə sevdikləri oyunlar və gündəlik ekran vərdişləri barədə suallar verilib. Mütəxəssislər texnologiyanın faydalı olduğunu, lakin istifadənin həmişə nəzarət altında saxlanmasının vacibliyini vurğulayıblar. Onlar uşaqlara yatmazdan ən azı bir saat əvvəl ekranlardan uzaq durmağı və dərs zamanı cihazlardan istifadə etməməyi tövsiyə ediblər”.

Görüşdə həmçinin Yeşilay təşkilatının fəaliyyəti haqqında məlumat verilib və şagirdlərə maarifləndirici mesajlar çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.