Press "Enter" to skip to content

Əməkdaşlıq protokolu imzalanıb

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – Türk mətbuatının inkişafına dəstək göstərən Mətbuat Elan Qurumu Türkiyənin ən köklü ali təhsil müəssisələrindən biri olan İstanbul Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. İstanbul Universitetinin rektorluğunda keçirilən mərasimdə sənədi qurumun baş direktoru Abdulkadir Çay və universitetin rektoru Prof. Dr. Osman Bülent Zülfikar imzalayıblar.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, protokola əsasən iki qurum arasında təhsil, tədqiqat və praktiki fəaliyyət istiqamətlərində geniş əməkdaşlıq həyata keçiriləcək: “Bu çərçivədə sertifikat proqramları, seminarlar, konfranslar, çalıştaylar və tətbiqi təlimlər təşkil olunacaq. Tərəflər eyni zamanda birgə araşdırma layihələrinin həyata keçirilməsi və təhsil materiallarının hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər”.

Sənəd çərçivəsində universitet tələbələri və akademik heyət Mətbuat Elan Qurumu tərəfindən təşkil olunan proqramlarda iştirak edə biləcək: “Protokol həmçinin tələbələr üçün praktiki təlim və staj imkanlarının yaradılmasını da nəzərdə tutur. Bu əməkdaşlıq vasitəsilə akademiya ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və tələbələrin peşəkar inkişafına dəstək verilməsi hədəflənir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.