Press "Enter" to skip to content

“Energy Talks” layihəsi çərçivəsində seminar

“Energy Talks” layihəsi çərçivəsində seminar

BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində növbəti seminarı Bakı Mühəndislik Universiteti (BMU) ilə birgə təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “seminarda BMU-nun professor-müəllim heyəti, “Elektrik və elektronika mühəndisliyi”, “Energetika mühəndisliyi” ixtisaslarının tələbələri, magistrantlar, həmçinin EMTA-nın nümayəndələri iştirak ediblər. Seminarda açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov enerji sektorunun ölkənin iqtisadi inkişafında və dayanıqlı gələcəyin təmin olunmasında mühüm əhəmiyyətini vurğulayıb. Prorektor seminarın tələbələrin enerji sahəsində mövcud çağırışlar, imkanlar və perspektivlər barədə biliklərini genişləndirmək üçün əhəmiyyətli platforma olduğunu deyib, müzakirə və təqdimatların faydalı olacağına, yeni ideyaların formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib”.

Sonra xəbərdə, “EMTA-nın Mətbuat sektorunun müdiri-mətbuat katibi Zeynab Kazımova  tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə BMU rəhbərliyinə minnətdarlığını bildirib. O, layihə barədə qısa məlumat verərək, müxtəlif ali təhsil müəssisələrinin tələbələri üçün təşkil edilmiş seminarlar haqqında söz açıb, bu çərçivədə keçirilən seminarın BMU ilə əməkdaşlıqda ikinci tədbir olduğunu vurğulayıb. Seminarda EMTA-nın Dövlət proqramları və strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Lətifova “Tənzimləyici perspektivindən ölkənin enerji siyasəti”,  Enerji sahəsində liberallaşdırma şöbəsinin mütəxəssisi Mətin Şıxıyev “Bərpa olunan enerji sahəsinə baxış”, Enerji effektivliyi departamentinin direktor müavini, Layihələrlə iş sektorunun müdiri Şahin Məhərrəmli isə “Enerji effektivliyi fondunun fəaliyyəti” mövzularında təqdimatla çıxış ediblər” deyə qeyd olunur.

İnteraktiv şəraitdə davam edən seminarda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.