BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “qonaqları salamlayan nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda reallaşdırılan aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir. Görüşdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi və hüquq-müqavilə bazasının yaradılması, aqrar sahədə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması üçün ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, indoneziyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub”.
Ardınca xəbərdə, “B.Helmini ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz