Press "Enter" to skip to content

Nazir Şuşada tədris prosesini izləyib

Nazir Şuşada tədris prosesini izləyib

BAYRAQDAR MEDİA – Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb. Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib”.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.